Siirler.Biz

ELNURƏ AĞAZADƏ – QƏZƏLLƏR

Getdin gedəli,gözü ağlar,qəlbi dağlar qaldım,
Getdin gedəli,hicran yükü,həsrət yükü çəkər qaldım.
***
Getdin gedəli hər ləbzimin hər kəlməsi,
Sənsiz oldum,sənsiz yandım deyə çağlar qaldım
***
Getdin gedəli bağbanı ölmüş bağımın,
Bülbülü uçmuş,gülü solmuş,viran qaldım.
***
Getdin gedəli gənclik ömrün yazını,
Payız gəlmiş,xəzəl olmuş deyə çovğun qaldım.
***
Getdin gedəli Elnurənin ilk sevgi tək,
Könlu qubar,qəmə möhtac qəlbi dustaq qaldı.

Etiketler:

Yorumlar

Henüz yorum yapılmamış.